Almaniyanın silah istehsalçısı “Rheinmetall” konserninin baş direktoru Armin Papberger bu il Ukraynada hərbi əməliyyatların dayandırılacağını və sülhün bərqərar olacağını gözləmir.
HİT.az xəbər verir ki, bu barədə “T-Online” yazır.
“Rusiya bunda maraqlı deyil”, deyə Papberger bildirib.
O əlavə edib ki, Ukrayna dəstək almağa davam etməlidir və bunun üçün zəruri avadanlıq mövcuddur: “Hazırda biz mövcud müqavilələrdən daha çox sursat istehsal edirik".
Onun sözlərinə görə, “Rheinmetall” daha çox zenit topları, daha çox sursat və hətta daha çox tank tədarük edə bilərdi, lakin bunun üçün maliyyə çatışmır. Papberger həmçinin bildirib ki, ilin sonuna qədər konsernin sifariş portfeli təxminən 140 milyard avro təşkil edəcək.
ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hoces də hesab edir ki, Ukraynada müharibənin 2026-cı ildə başa çatması çətin görünür. Onun fikrincə, ruslar yalnız məcbur edildikləri halda atəşkəsə razılaşacaqlar.
Eyni zamanda, fevralın 7-də Ukrayna orezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Rusiya və Ukraynanın yayı başlamazdan əvvəl müharibəni başa çatdırması ilə bağlı təklif irəli sürüb. Prezidentin sözlərinə görə, bu baş verməzsə, Amerika tərəfinin təzyiqi gözlənilə bilər.
Samir


