Fransanın Patriotlar Partiyasının lideri Florian Filippo "X" sosial şəbəkəsində Fransa prezidenti Emmanuel Makronun Hindistan aeroportundakı davranışını ələ salıb.
HİT.az xəbər verir ki, təyyarənin qapısı açılan anda dövlət başçısı qəfil salonun içinə doğru geri dönərək həyat yoldaşı Bricit Makronu açıq qapının qarşısında tək qoyub.
"Təyyarədə nə baş verdi axı?", deyə Filippo sual edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Makronun təyyarənin salonuna doğru getdiyi, Bricit Makronun isə açıq qapının qarşısında tək qaldığı görünür. Daha sonra Fransa birinci xanımı ekipaj üzvünə tərəf dönərək onunla danışır. Bir müddət sonra prezident geri qayıdır və yalnız bundan sonra cütlük trapla enməyə başlayır.
Fransa lideri 17–19 fevral tarixlərini əhatə edən üçgünlük səfər çərçivəsində Hindistana gəlib. Səfər zamanı Makronun Hindistanın baş naziri Narendra Modi ilə görüşü planlaşdırılıb.
Samir


