Tarix verildi: İran vurulur?

DÜNYA
14:34 / 19.02.2026
91

İranla ABŞ arasında danışıqlar getməsinə baxmayaraq, vəziyyət yenidən gərginləşib.

Artıq ABŞ Prezidenti Donald Tramp yenidən təhdid ritorikasını işə salıb. Hətta son günlərdə İranın vurulacağına dair iddialar artmağa başlayıb. Son olaraq bununla bağlı tarix də verilib. Belə ki, ABŞ ordusunun fevralın 21-də İrana zərbələr endirməyə hazır olduğu, amma Tramp hələlik yekun qərar vermədiyi iddia olunur. 

Maraqlıdır, yaranmış gərginlik fonunda bu iddia həyata keçə bilərmi?

Mövzu ilə bağlı politoloq Turab Rzayev Hit.az-a açıqlama verib.

O bildirib ki, ABŞ İrana zərbə endirə bilər:
“Çünki artıq hərbi əməliyyat sahəsinə doğru ABŞ-nin getdikcə daha çox silah-sursat cəmlədiyini görürk. Yəni İran ətrafına mümkün qədər texnika cəmlənib. Bu da sözsüz ki, artıq müharibənin yaxınlaşması ehtimallarını artırır.
Başqa bir məsələ isə ondan ibarətdir ki, hazırda olimpiada gedir. Adətən bu cür böyük müharibələr ya olimpiada bitdikdən sonra, ya da onun finalına yaxın həyata keçirilir. Ona görə də İrana zərbə məsələsinin olimpiadanın finalına doğru həyata keçmə ehtimalı var. Bu, tamamilə mümkün variantlardan biridir”.

Lakin ekspert qeyd edib ki,  İranla ABŞ arasında təhlükəsizlik təhdidi fonunda sövdələşmə də ola bilər: 
“Artıq görünür ki, Ağ ev İrandan öz neftini ABŞ vasitəsilə satmağını istəyir. Üstəlik, bunun əvəzində İran bazarına bir sıra sərmayələri yönəldə biləcəyini bildirir. Yəni burada qarşılıqlı anlaşma mövcud ola bilər. Hazırda ABŞ Rusiya neftinin Hindistana satılmasından narazıdır, İran da öz neftini başqa ölkələrə sata bilmir. Hesab edirəm ki, tərəflər arasındakı razılığa əsasən, ABŞ İrana Hindistana neft satmağa icazə verə bilər. 

Çünki o zaman Hindistan da artıq Rusiyadan xam neft almağa məcbur olmayacaq. Bu yolla Rusiyaya gələn əlavə maddi axınların qarşısı kəsilmiş olar. Görünən odur ki, artıq Tramp administrasiyası da bu proseslərdə koordinasiyalı şəkildə fəaliyyət göstərir. Yəni təkcə İran yox, eyni zamanda Çin və Rusiya məsələsini də həll etməyə çalışırlar”.

Pərviz

0