Polşa lazım gələrsə, 48 saat ərzində Rusiya və Belarusla sərhədi minalaya biləcək.
HİT.az xəbər verir ki, Defence24.pl-in məlumatına görə, bu barədə Baş nazir Donald Tusk bildirib.
Hökumət başçısının sözlərinə görə, Polşa bu gün piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxır. Tusk qeyd edib ki, Polşa milli təhlükəsizlik üçün çox vacib olan mina layihəsini tamamlayır.
"Şərq Qalxanı layihəsi həmçinin əldə edəcəyimiz qabiliyyəti - şərq sərhədini 48 saat ərzində minalamaq qabiliyyətini təmsil edir", deyə o bildirib.
Dekabr ayında "Reuters" agentliyi Polşanın Soyuq müharibədən bəri ilk dəfə piyada əleyhinə mina istehsal etməyə başlaması və onları Rusiya və Belarusla sərhədlərə yerləşdirməsi planları barədə məlumat yayıb.
Dövlətə məxsus Belma şirkəti Polşanın "800 kilometrlik şərq sərhədinin təhlükəsizliyini təmin etmək üçün Şərq Qalxanı" proqramı çərçivəsində milyonlarla mina ilə təchiz olunacağını açıqlayıb. Polşa artıq qalan minaları müttəfiqlərinə tədarük edəcək. "Reuters" xəbər verir ki, Baltikyanı ölkələr də daxil olmaqla, Rusiya ilə həmsərhəd olan NATO ölkələri artıq piyada əleyhinə minalar almaqda maraqlı olduqlarını bildiriblər.
Samir


