Merz: Putinlə münasibətlərin normallaşması demək olar mümkün deyil

DÜNYA
16:46 / 19.02.2026
50

Almaniya kansleri Fridrix Merz Rusiya prezidenti Vladimir Putinlə normal münasibətlərin nə vaxtsa əldə edilə biləcəyi sualına cavab verib. Siyasətçi bunun praktik olaraq mümkün olmadığını açıq şəkildə bildirib.

HİT.az xəbər verir ki, o, bu barədə Almaniyanın "Rheinpfalz" qəzetinə verdiyi müsahibədə danışıb.

"Ümidim azdır. Düşünürəm ki, bu, demək olar ki, mümkün deyil", deyə Almaniya kansleri bildirib.

Merz Rusiyadakı vəziyyəti "dərin vəhşilik vəziyyəti" kimi təsvir edib və bunun tezliklə dəyişməyəcəyinə əminliyini ifadə edib.

Merz bildirib ki, Ukraynadakı döyüşlər yalnız tərəflərdən biri tamamilə tükəndikdə bitəcək: "Mənim fikrimcə, bu müharibə yalnız iki tərəfdən biri hərbi və ya iqtisadi cəhətdən tükəndikdə bitəcək".

O, həmçinin Rusiya ilə Ukrayna arasında hazırda davam edən sülh danışıqlarına inanmadığını vurğulayıb. Siyasətçi əlavə edib ki, Ukrayna böhranının tez bir zamanda həllini gözləmir.

Samir
 

0