Ukraynanın Avropa tərəfdaşları, ABŞ və NATO arasında Kiyevə hərbi dəstək üzrə daxili danışıqlar prosesi “kifayət qədər qəribə” görünür və əsaslı şübhələr doğurur.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzetinin Avropa üzrə baş siyasi müxbiri Boyan Pançevski alman həmkarı Paul Ronzheimer ilə podkastda danışıb.
“Danışıqlar Qərb daxilində – Ukraynanın Avropa tərəfdaşları, o cümlədən Almaniya və Ukrayna arasında aparılır. Prosesdə üç əsas tərəf var: ABŞ, NATO və Ukrayna və bütün qeydlər generallar tərəfindən kağız üzərində aparılır”, Pançevski izah edib.
Onun sözlərinə görə, danışıqlar müxtəlif səviyyələrdə keçirilir və ən vacib səviyyələrdən biri Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrin silahlı qüvvələrinə rəhbərlik edən generalların səviyyəsidir. Generallar hər tərəfin töhfələrini razılaşdırarkən, cədvəldə ABŞ ayrıca göstərilməlidir, yoxsa NATO ilə birlikdə qeyd olunmalıdır – bu məsələ mübahisələrə səbəb olur. ABŞ ayrıca göstərilməsində israr edir.
“Əvvəlcə cədvəldə ABŞ bölməsində heç nə yazılmamışdı. Onlar yalnız şifahi şəkildə müəyyən avadanlıq verməyə söz vermişdilər, amma rəsmi öhdəlik yox idi. Buna görə Ukraynanın indi bir qədər daha skeptik olmasını yaxşı başa düşürəm”, deyə jurnalist əlavə edib.
Onun sözlərinə görə, yazılı razılaşmaların olmaması və tərəflərin yanaşmalarındakı fərqlər səbəbindən yaxın vaxtda kompromisə nail olmaq ehtimalı az görünür.
Samir


