Türkiyənin Malatya bölgəsində 4,5 bal gücündə zəlzələ baş verib.
Hit.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 06:43-də baş verən zəlzələ 9,39 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ ətraf şəhər və rayonlarda da hiss edilib.


