Qırğızıstanda yaxın zamanda İstintaq Komitəsi yaradılacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Prezident Sadır Japarov Bişkekdə "Kabar" dövlət xəbər agentliyinə verdiyi müsahibədə məlumat verib.
"Bütün istintaq araşdırmaları ona (İstintaq Komitəsinə - red.) veriləcək", - deyə o bildirib.
Baş Prokurorluq, eləcə də Hərbi Prokurorluq ölkədə qanunlara riayət olunmasına nəzarəti davam etdirəcəklər.
Japarovun sözlərinə görə, yeni struktur birbaşa dövlət başçısına tabe olacaq, ona hesabat verəcək.
O hesab edir ki, Qırğızıstanda İstintaq Komitəsinin yaradılması ölkədə insan hüquqlarının daha effektiv qorunmasına imkan verəcək.


