"Suverenliyə xəyanət" - Almaniyadan Orbana sərt cavab

DÜNYA
15:36 / 23.02.2026
50

Avropa İttifaqı xarici işlər nazirləri Macarıstanı Rusiyaya qarşı növbəti sanksiyalar paketini bloklamaq qərarını nəzərdən keçirməyə çağıracaqlar.

HİT.az xəbər verir ki bu barədə "Reuters" yazıb.

"Macarıstanın öz azadlıq və Avropa suverenliyi mübarizəsini satmağa haqqı olduğunu düşünmürəm", deyə Almaniyanın xarici ikşlər naziri Yohann Vadeful Brüsseldə bildirib.

Almaniya naziri vurğulayıb ki, Macarıstanın Rusiya Federasiyasına qarşı 20-ci sanksiyalar paketini bloklamaq mövqeyi yanlışdır. Onun sözlərinə görə, Aİ ölkələri Macarıstan tərəfinə həm Budapeştdə, həm də Brüsseldə arqumentlərini yenidən təqdim etməyi və mövqeyini nəzərdən keçirməyə çağırmağı planlaşdırır.

20-ci sanksiyalar paketi Rusiyaya qarşı enerji sektoru, maliyyə xidmətləri və ticarət sahələrinə fokuslanır. Məqsəd Moskvanın neft və qaz ixracından gəlirlərini daha da azaltmaqdır.

Lakin Avropa İttifaqı hələ də Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul edə bilmir. Prezidentin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasuk bildirib ki, səbəb Yunanıstan və Maltanın müqavimətidir.

22 fevral tarixində Macarıstanın xarici işlər naziri Peter Siyarato bildirib ki, Budapeşt Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklayacaq. Siyasətçinin sözlərinə görə, ölkəsi Kiyevin əhəmiyyətli qərarlarının qəbuluna icazə verməyəcək, Ukrayna “Drujba” neft kəməri vasitəsilə Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyincə.

Samir

0