ABŞ-ın Avropadakı ordusunun sabiq komandanı, ehtiyata buraxılmış general-leytenant Ben Hoces Ukraynanın "24 kanal"ına müsahibəsində ABŞ-ın niyə Ukraynadan yayadək sülh sazişi tələb etdiyini izah edib.
HİT.az-ın məlumatına görə, obildirib ki, Ağ Ev Müstəqillik Günü üçün yeni biznes sazişlərini elan etməyi planlaşdırır.
"Düşünürəm ki, artıq razılaşmalar mövcuddur və bu sənədlər yayda hansısa razılaşma baş verdikdən sonra açıqlanacaq", deyə Hoces qeyd edib.
Əvvəlcə xarici siyasət və tarix üzrə şərhçi Ted Snayder "The American Conservative" jurnalında yazdığı məqalədə bildirib ki, Rusiya Ukrayna böhranının həllinə dair danışıqlarda Ukraynanın NATO üzvlüyü və Donbasdan Ukrayna qüvvələrinin çıxarılması məsələsində güzəştə getməyəcək.
Müəllif vurğulayıb ki, Rusiya tam olaraq Zaporoje və Xerson vilayətlərini işğal etmək və Ukrayna qoşunlarının sayını məhdudlaşdırmaq tələbindən imtina edib. Bundan əlavə, Moskva Ukraynanın Aİ-yə üzvlüyünə razılıq verib.
Lakin Rusiya Ukraynanın NATO-ya üzv olmaması tələbindən vaz keçməyəcək, çünki bu, Moskvanın alyansla müharibəyə cəlb olunma riskini yaradır. Həmçinin Moskva Donbasdan Ukrayna Silahlı Qüvvələrinin tam çıxarılmasını tələb etməyə davam edəcək, hesab edir Snayder.
Samir


