Rusiya-Ukrayna müharibəsinin 4 ili: Necə yadda qaldı?

DÜNYA
12:43 / 24.02.2026
144

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasının üzərindən 4 il keçir.

Geridə qalan 4 il ərzində Rusiya tərəfindən Ukraynanın 20 faizdən artıq torpağı işğal edilib. Həmçinin, minlərlə günahsız insan həyatını itirib, milyonlarla ailə isə ev-eşiyindən didərgin salınıb. 

Bəs artıq 4 ildir davam edən Rusiya-Ukrayna müharibəsi hansı nəticəyə gətirib çıxaracaq?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Mətin Məmmədli Hit.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən uzun və ən genişmiqyaslı silahlı münaqişə hesab olunur:

392678

"Bu savaşın siyasi, iqtisadi və demoqrafik fəsadları artıq açıq şəkildə özünü göstərir. Ukraynada humanitar fəlakət yaranıb və münaqişə bütöv bir xalqın taleyinə ciddi mənfi təsir edib. Müharibə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində başlayıb. Kreml bu müdaxilə zamanı qarşısına bir sıra mühüm geosiyasi hədəflər qoymuşdu. Lakin mövcud vəziyyət göstərir ki, müəyyən əraziləri işğal etməsinə baxmayaraq, Moskva əsas strateji məqsədlərinə tam şəkildə nail ola bilməyib"

Ekspert qeyd edib ki, bundan sonra müharibənin nə qədər davam edəcəyi və necə yekunlaşacağı barədə qəti fikir söyləmək üçün hələ tezdir:

"Hazırkı geosiyasi şərtlər, tərəflərin malik olduğu resurslar və davam edən danışıqlar prosesi onu deməyə əsas verir ki, əgər münaqişə yaxın vaxtlarda başa çatsa, ortaya çıxacaq nəticə böyük ehtimalla hər iki tərəfi tam qane etməyəcək".

Günel

0