Robert De Niro Trampdan qurtulmağa çağırdı: "O, ölkəni dağıdır"

DÜNYA
18:15 / 24.02.2026
56

Hollivud aktyoru və rejissor Robert De Niro yenidən ABŞ Prezidenti Donald Trampa sərt tənqid yönəldib, onu “axmaq” adlandırıb və bildirib ki, Tramp ölkəni dağıdır.

HİT.az xəbər verir ki, "The Independent"in məlumatına görə, MSNBC kanalında yayımlanan “The Best People with Nicolle Wallace” podkastında iştirak edən De Niro ABŞ-dakı siyasi vəziyyətlə bağlı emosional açıqlamalar verib. Onun sözlərinə görə, Tramp dövlət üçün təhlükədir və ondan “qurtulmaq” lazımdır.

De Niro həmçinin MAGA hərəkatının tərəfdarlarını tənqid edib və qeyd edib ki, onların davranışı elədir ki, sanki yalnız onlar “həqiqi amerikalılardır”: “İstəməzdim ki, hamı MAGA bayraqları və Amerika bayraqları ilə gəzsin. Elə bil ki, yalnız onlar var. Biz də amerikalıyıq".

Nəşr xatırladır ki, De Niro Tramp haqqında ilk dəfə sərt açıqlamalar vermir. Əvvəllər o, onu Kann Kino Festivalında “Amerikanın fəlakətli prezidenti” adlandırmışdı.

Aktyor öz aktiv vətəndaş mövqeyi ilə tanınır və Trampın siyasətini və administrasiyasını tənqid etmək üçün bir çox ictimai platformalardan istifadə edib. Onun fikrincə, ABŞ Prezidenti “heç bir mərhəmət göstərmir” və insanlara “ağrı verməyə” çalışır.

Samir
 

0