ABŞ ordusunun pilotsuz uçuş aparatları ilə bağlı təlimçiləri əsgərləri, bir çox amerikalı hərbçinin heç vaxt üzləşmədiyi bir təhdidə hazırlayır. Bu sahədə onlara Ukraynanın Rusiya tərəfindən tammiqyaslı işğal zamanı qazandığı təcrübə kömək edir.
HİT.az xəbər verir ki, bu barədə "Business Insider" yazıb.
İraq və Əfqanıstan konfliktləri zamanı ABŞ hava məkanını asanlıqla idarə edirdi, buna görə də amerikalı əsgərlər demək olar ki, düşmənin aviasiyasından qorxmadan hərəkət edə və hücum edə bilirdilər. Əksər əsgərlər üçün onların başının üzərində olanlar adətən “dost” hesab olunurdu.
Lakin Ukraynada gedən müharibə ABŞ və digər Qərb müttəfiqlərinə göstərdi ki, gələcək münaqişələrdə hava məkanının tam nəzarəti təmin etmək çox daha çətin ola bilər. Bu isə taktika, təlim və hətta düşüncə tərzinə təsir göstərir.
“Unmanned Advanced Lethality Course” kursunun direktoru – mayor Rachel Martin jurnalistlərə bildirib ki, ABŞ ordusu havada üstünlüklə hərəkət etməyə alışıb:
“Demək olar ki, bütün iştirak etdiyimiz konfliktlərdə biz hava məkanına sahib idik. Ukrayna göstərir ki, bu həmişə belə olmaya bilər. Hava üstünlüyümüz olmadığı şəraitdə hər bir əsgəri şübhəçi və pessimist kimi tərbiyələndirməliyik".
O bildirib ki, ABŞ-ın yeni müharibə reallıqlarına uyğunlaşmaq üçün vaxtı azdır və hərbi hazırlıq yanaşmasını dərhal dəyişmək lazımdır.
Martin həmçinin vurğulayıb ki, ukraynalıların hava təhdidlərinə münasibəti amerikalıların adət etdiklərindən xeyli fərqlidir. Bu, yalnız əsgərlərə deyil, həm də mülki şəxslərə aiddir:
“Onlar dronun səsini eşidəndə dərhal gizlənir, evə girir və ya sığınacağa qaçırlar, hətta onun öz və ya düşmən dronu olub-olmadığını yoxlamırlar. Sadəcə güman edirlər ki, o, onlara zərər vurmaq üçün buradadır. Bu psixoloji dəyişiklik təlimlərdə tətbiq olunur".
İraq veteran, Sittle doğumlu və Ukraynanın Beynəlxalq Legionunda xidmət etmiş Karl Larson jurnalistlərə deyib ki, dronlar döyüş əhval-ruhiyyəsini ciddi şəkildə pozur. Dronlar səbəbindən əsgərlər gün boyu gizlənmək və ya mövqelərdə qalmaq məcburiyyətində qalır:
"Bu, döyüş əməliyyatlarını aparmaq qabiliyyətinizi ciddi şəkildə azaldır və böyük stress yaradır".
O əlavə edib ki, Ukraynada əsgərlərin yaxınlıqda partlayan qumbaralar səbəbindən öldüklərinə şahid olub. Düşmənin dron hücumları ciddi təhlükə yaradır.
Əfqanıstan və İraqda şəhər döyüşləri veteranı, kod adı “Jackie” olan şəxs isə deyib ki, Ukrayna müharibəsində əsgərlərin rahatlanmaq yeri yoxdur. Əvvəlki konfliktlərdə əsgərlərin döyüş xəttindən kənara çəkilərək istirahət edə biləcəyi yerlər var idi.
Samir


