Fəlsəfə doktoru, keçmiş Harvard fizika müəllimi və elm populyarizatoru Maykl Gillen son zamanlar yazdığı məqaləsində bildirir ki, biz “cənnət” adlandırdığımız yer kainatda fiziki obyekt ola və onun yerləşməsi nəzəri olaraq müəyyən edilə bilər.
HİT.az-ın məlumatına görə, Gillen iddia edir ki, cənnət kosmik üfüqün o tayında yerləşə bilər. Bu, Edvin Habblın qanununa əsaslanır: qalaktikalar işıq sürətinə yaxın sürətlə bir-birindən uzaqlaşır. Kainatdakı bir qalaktika nə qədər uzaqda olsa, bizdən bir o qədər sürətlə uzaqlaşır. Gillenə görə, bu məsafə Yer kürəsindən təxminən 439 sekstilion (milyard trilyonlar) kilometrdir.
Lakin digər alimlər Gillenin nəzəriyyəsini rədd edirlər, hesab edərək ki, bu mövzu elmdən çox metafizikadır.
Gillen dörd əsas arqument gətirir. O, müasir kosmologiyaya istinad edir: kosmik üfüqün o tayında kainatın bütöv bir hissəsi var, amma o, bizim üçün həmişə görünməz qalır. Konnnektikut Kollecinin astronomiya professoru Aleks Yanninas isə bildirir: “Kosmik üfüq fiziki yer deyil, sadəcə bizim işıq və siqnal ötürə bilmədiyimiz sərhəddir”.
Gillen həmçinin Eynşteynin nisbilik nəzəriyyəsinə diqqət çəkir. O iddia edir ki, kosmik üfüqdə zaman dayanır. Bu, keçmişin, indinin və gələcəyin mövcud olmaması deməkdir ki, bu da cənnət təsəvvürü ilə üst-üstə düşür – zamanın xaricində bir yer. Gillen əlavə edir ki, bu sərhəddən o tərəfdəki obyektlər o qədər qədim ola bilər ki, onlar Böyük Partlayışdan əvvəl mövcud olublar.
Gillen bu sahədə tək alim deyil. Bəzi tədqiqatçılar hesab edir ki, Böyük Partlayışı kainatın bütün varlığının mütləq başlanğıcı kimi qəbul etmək dini yaradılış nağıllarını xatırladır.
Samir


