Hindistanın Baş naziri Narendra Modi ABŞ-la ticarət danışıqları zamanı Donald Tramp ilə telefon danışığından qaçıb.
HİT.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadla məlumat yayıb. Mənbələrin sözlərinə görə, Narendra Modi qorxub ki, Tramp daha sonra baş verənləri öz baxış bucağı ilə təqdim edə bilər.
Məqalədə qeyd olunur ki, ABŞ-la ticarət sazişi layihəsi 2025-ci ilin ortalarından demək olar ki, hazır idi. Lakin sazişin imzalanması bir neçə məsələdə fikir ayrılıqları səbəbindən 2026-cı ilin əvvəlinə qədər gecikib. Mənbələr bildiriblər ki, bu dövrdə Modi Trampın zənglərindən yayınıb. Baş nazirin narahatlığı ondan ibarət idi ki, ABŞ prezidenti danışığın nəticələrini Hindistan üçün əlverişsiz şəkildə təqdim edə bilər.
Məqalədə oxşar vəziyyət kimi keçən il Hindistan və Pakistan arasındakı konflikt nümunə göstərilir. Tramp o zaman tərəflər arasında atəşkəsin əldə olunmasında vasitəçi olduğunu bildirmişdi. Hindistan hökuməti isə ABŞ-ın bu rolu ilə bağlı iddiaları qəti şəkildə rədd edir.
ABŞ-la Hindistan arasındakı ticarət sazişi barədə Tramp 2 fevral tarixində açıqlama verib. Sazişin şərtlərinə görə, ABŞ-ın Hindistandan idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumları 50%-dən 18%-ə endiriləcək. Əvəzində Hindistan Rusiyadan neft alışını dayandırmağı və ticarət baryerlərini yumşaltmağı öhdəsinə götürüb.
Samir


