Türkiyə ABŞ-ın İrana hücumu halında mümkün tədbirləri nəzərdən keçirir.

DÜNYA
17:00 / 25.02.2026
50

Türkiyə ABŞ-ın İrana hücum etməsi halında tətbiq oluna biləcək bütün mümkün tədbirləri qiymətləndirir. 

HİT.az xəbər verir ki, "Reuters" bu barədə Türkiyənin diplomatik mənbəsinə istinadən yazıb.

Mənbə detalları açıqlamasa da vurğulayıb ki, İranda suverenliyi pozacaq hər hansı addımlar istisnadır.

"Bütün ssenarilər nəzərdən keçirilir və vətəndaşlarımızın təhlükəsizliyini təmin edə biləcək addımlar hazırlanır”, deyə "Reuters"in mənbəsi bildirib.

"Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib ki, NATO-nun Türkiyədəki hava kəşfiyyatı getdikcə daha çox İrandakı vəziyyəti izləmək üçün istifadə olunur. Mənbələr qeyd ediblər ki, ABŞ-ın İrana hücum etməsi halında qaçqın axınının təhlükəsi səbəbindən Türkiyə hakimiyyəti fövqəladə hallar planını yeniləyib. Nəzərdən keçirilən tədbirlər arasında sərhəddə düşərgələrin yaradılması və ya sərhəd ərazilərində gərginliyi yatırmaq üçün “məhdud tədbirlər” yer alır.

Fevral ayının əvvəlində İran və ABŞ nüvə razılaşması ilə bağlı dolayı danışıqları bərpa ediblər. Lakin bu zaman ABŞ qüvvələri Yaxın Şərqə 2003-cü ildən İraqa müdaxilə zamanından bəri ən böyük aviasiya qruplaşmasını göndərir və ABŞ prezidenti Donald Trump İrana xəbərdarlıq edib ki, razılaşma əldə edilməsə, “pis şeylər” baş verə bilər.

Samir

0