Bu gəmilərin yanacaqla doldurulması 6 il çəkir

DÜNYA
20:37 / 26.02.2026
56

ABŞ Hərbi Dəniz Qüvvələri-nin ən güclü vasitələrindən biri olan "Gerald R. Ford" sinifli təyyarədaşıyanlar təxminən 337 metrlik nəhəng gövdələri sayəsində aylarla fasiləsiz xidmət göstərə bilir. Belə böyük gəminin enerji ehtiyacının sadəcə nəhəng yanacaq çənləri ilə qarşılandığını düşünmək olar, amma reallıq fərqlidir. 

HİT.az xəbər verir ki, çüasir Amerika təyyarədaşıyanları nüvə enerjisi ilə işləyir və təxminən 50 illik xidmət müddəti üçün nəzərdə tutulur.

Yarım əsrlik xidmətin kritik mərhələsi

Gəminin ümumi istismar müddəti 50 il olsa da, nüvə yanacaq sistemi bu müddəti təkbaşına təmin edə bilmir. Donanma adətən hər 25 ildən bir “yanacaq doldurma” əməliyyatı həyata keçirir.

Amma bu prosesi sadəcə yanacaq dəyişmək kimi düşünmək yanlışdır. RCOH (Refueling and Complex Overhaul – Yenidən yanacaq doldurma və kompleks modernizasiya) adlanan bu nəhəng əməliyyat faktiki olaraq gəminin demək olar ki, yenidən qurulması deməkdir. Bir gəminin bu baxımdan keçməsi təxminən 6 il davam edə bilər.

Niyə bu qədər uzun çəkir?

Təyyarədaşıyanlardakı iki nüvə reaktoru gəmidəki bütün sistemlərin əsas enerji mənbəyidir. Baxım başlayanda gəmi bu iş üçün xüsusi təchiz olunmuş Virciniya ştatındakı yeganə tersanəyə — "Newport News Shipbuilding" müəssisəsinə aparılır.

Prosesin ilk mərhələsi reaktorların tam soyudulması və bağlanmasıdır — bu, günlərlə davam edən son dərəcə həssas əməliyyatdır. Daha sonra iri kranlar və xüsusi avadanlıqlar vasitəsilə reaktorlar sökülür və istifadə olunmuş nüvə yanacağı çıxarılır.

Reaktorların işləmədiyi bu nadir dövr donanma üçün gəmini hərtərəfli yeniləmək üçün ideal fürsətdir.

Bu müddətdə:

* proqram təminatı yenilənir,
* radar sistemləri modernləşdirilir,
* elektronika dəyişdirilir,
* gövdə hissələri təmir olunur,
* bəzən köhnə detalların yerinə 3D printerlə hazırlanmış yeni nəsil komponentlər quraşdırılır.

Milyardlarla dollarlıq layihə

Bu yenilənmə həm vaxt, həm də maliyyə baxımından nəhəng investisiyadır. Məsələn, USS George Washington gəmisinin modernizasiyası üçün təxminən 26 milyon iş saatı sərf olunub və 2017-ci ildə başlayan prosesə 2,8 milyard dollar ayrılıb.

Yeni bir təyyarədaşıyanın qiymətinin təxminən 13 milyard dollar olduğu nəzərə alınarsa, bu məbləğ gəmini daha 20 il yüksək performansla xidmətə davam etdirmək üçün məntiqli hesab olunur.

Samir
 

0