ABŞ Ukraynaya qarşı sanksiya tətbiq etmir və Rusiyaya silah satmır.
HİT,az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildiribş. O, Trampın Rusiya lideri Vladimir Putinə təzyiqi nə vaxt artıracağı barədə sualı cavablayıb.
“Administrasiya Moskva üzərində təzyiqi gücləndirməyə davam edir. Məsələn, ötən ilin sonunda prezident Rusiya neft şirkəti "Rosneft"ə əlavə sanksiyalar tətbiq etdi. Administrasiya Ukraynaya silah satışını davam etdirir. Biz Rusiyaya silah satmırıq və Ukraynaya qarşı sanksiyalar tətbiq etmirik. Prezident bu faktdan qiymətləndirir ki, o, dünyada iki tərəfi danışıqlar masasına gətirə biləcək yeganə liderdir", deyə siyasətçi bildirib.
Rubioya görə, ABŞ dünyanın yeganə ölkəsi və ya təşkilatıdır ki, rus və ukraynalı danışıqlarçıların masaya əyləşməsinə və bir-biri ilə danışmasına nail ola bilib:
"Belə dəhşətli bir müharibədə bizim bu mövqedə olmaq çox önəmlidir və biz bunu itirmək istəmirik. Çünki əgər biz bu roldan imtina etsək və ya özümüzü bağlasaq, bunu kim edəcək? BMT etməyəcək. Fransa etməyəcək. Avropa İttifaqı etməyəcək. Ruslar isə onlarla hətta danışmayacaq. Ona görə də biz bu roldan imtina etmək istəmirik – biz bilirik ki, nəticədə Ukrayna müharibəsinin hərbi həlli yoxdur. Bu müharibə danışıqlar yolu ilə həll olunacaq və hazırda biz dünyada danışıqların katalizatoru ola biləcək yeganə ölkəyik. Əgər biz bu roldan imtina etsək, heç kim bunu edə bilməyəcək".
Samir


