MKİ arxivindən çıxan dəhşətli həqiqət: Suya dərman qatacaqdılar?

DÜNYA
13:34 / 27.02.2026
54

Yeni ortaya çıxan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) sənədləri Soyuq müharibənin ən qaranlıq dövrlərindən birinə işıq tutur və beyin idarəsi ilə gizli dərman təcrübələrinə dair dəhşət verici bir planı gün üzünə çıxarır. 2025-ci ilədək agentliyin açıq arxivinə əlavə olunan yeddi səhifəlik hesabat, 1951–1956-cı illər arasında həyata keçirilmiş “Artichoke Projesi”nin (Enginar Projesi) pərdəarxasını ətraflı şəkildə açıqlayır.

HİT.az-ın məlumatına görə, sənədlər göstərir ki, Amerika kəşfiyyatı yalnız sorğu texnikaları hazırlamaqla kifayətlənməyib, eyni zamanda cəmiyyət səviyyəsində davranışların idarə edilməsi mexanizmini qurmağa çalışıb. Sosial mediada sürətlə yayılan bu məlumatlar, xalqın “bütün əhalinin dərmanlanması” kimi üsulların bir dövrdə dövlət səviyyəsində ciddi şəkildə müzakirə edildiyini görməsi ilə böyük təəccüb yaratdı.

MKİ-nin  həmin dövrdəki ən gizli əməliyyatlarından biri olan "Artichoke" əslində sonradan daha geniş miqyasda həyata keçiriləcək məşhur MKUltra proqramının öncüsü idi. Koreya Müharibəsi zamanı Amerika əsgərlərinin “beyin yuyulması” üsullarına məruz qalması ilə bağlı narahatlıqlar bu prosesi tetikləmiş, agentliyin öz beyin idarəetmə potensialını kəşf etmək arzusu ilə əvəz olunmuşdur. Hesabatda, birbaşa istifadə üçün hazırlanmış klassik doğruluq serumlarının yanında, şəxslərin uzun müddətli ruh halını dəyişdirə biləcək kimyəvi maddələr üzərində də dayanılır. Hədəflənən təsirlər yalnız məlumat toplamaqla məhdudlaşmır; subyektlərdə davamlı narahatlıq yaratmaq, onları ümidsizlik, halsızlıq və çaresizlik hissinə sürükləmək də nəzərdə tutulub.

Sənədlərin ən diqqətçəkən hissələrindən biri, bu maddələrin insanlara fərq etdirilmədən necə verilə biləcəyinə dair ətraflı planlardır. Tədqiqatçılar su, qida, alkoqol və hətta siqaret kimi gündəlik istehlak maddələrinin içinə bu kimyəvi maddələrin gizli şəkildə əlavə edilməsini təklif edirlər. Üstəlik, peyvənd və ya tibbi iynələr kimi sağlamlıq müdaxilələrinin də bu iş üçün maska kimi istifadə edilə biləcəyi müzakirə olunur.

MKİ yalnız kimyəvi maddələrlə kifayətlənmir; hipnoz, duyğusal məhrumiyyət, xüsusi qazlar və oksigen çatışmazlığı yaradan mühitlər kimi üsullarla insanın zehnini tamamilə müdafiəsiz qoyaraq iradəsini nəzarətsiz hala gətirməyi hədəfləyir. Agentlik, bir şəxsin öz iradəsi xaricində bir cinayət işlədib işlədə bilməyəcəyini və bu şəxsin bunu sonradan xatırlayıb-xatırlamayacağını belə sorğulayır.

Məhkumlar, hərbi personal və psixiatrik xəstələr kimi müdafiəsiz qruplar çox vaxt nə ilə üzləşdiklərini bilmədən bu təhlükəli təcrübələrin bir hissəsinə çevriliblər. 1970-ci illərdə Konqresin apardığı araşdırmalar zamanı bu proqramlar ifşa edildikdə, etik qayğuların “milli təhlükəsizlik” bəhanəsi ilə necə gözardı edildiyi açıq şəkildə görüldü. Proqramın qurbanlarından biri olan məşhur cinayətkar lider Ceyms Bulger, həbsdə olarkən iştirak etdiyi təcrübələri “yaşayan bir kabus” kimi təsvir edir. Bulgerin dediyinə görə subyektlər saatlarla davam edən halüsinasiyalar, zorakılıq meyli və divarlardan qan gəldiyini görmək kimi ağır psixotik ataklar yaşayırdılar.

1973-cü ildə MKİ bir çox sənədi məhv etdiyinə görə, araşdırmaların nə qədər irəli getdiyi bu gün də tam məlum deyil. Amma gün üzünə çıxan son sənədlər göstərir ki, kəşfiyyat dünyası insan zehnini savaş meydanına çevirmək üçün nə qədər uzağa gedə bilər.

Samir

0