İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehrandan çıxarılıb.
Hit.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, “Al Hadath” televiziyası məlumat yayıb.
Məlumata görə, fevralın 27-də Məsud Pezeşkian SEPAH tərəfindən Tehrandan çıxarılıb. Bildirilib ki, Çin və Rusiya kəşfiyyatı İran tərəfini İsrail və ABŞ-nin hücumları barədə əvvəldən məlumatlandırıb.
“Reuters”in xəbərinə görə, SEPAH bir neçə gün öncə İranın Ali rəhbəri Əli Xamenei ilə birlikdə dövlət nümayəndələrini də təhlükəsiz yerlərə köçürüb.


