İran ABŞ-ın dörd hərbi bazasına zərbələr endirib

DÜNYA
14:29 / 28.02.2026
54

İran ABŞ-nin Fars körfəzi ölkələrindəki dörd hərbi bazasına zərbələr endirib.

 

"Report" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

 

"Qətərdəki Əl-Üdeyd, Küveytdəki Əli əl-Salim, BƏƏ-dəki Əl-Dəfra aviabazaları, eləcə də ABŞ HQQ-nin Bəhreyndəki Beşinci Donanmasının bazası İranın raket zərbələrinə məruz qalıb", - "Fars" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusuna istinadən xəbər verir.

0