Tramp İrana zərbələri iqamətgahından izləyib

DÜNYA
23:00 / 28.02.2026
59

ABŞ Prezidenti Donald Tramp İrana endirilən zərbələri Floridadakı Mar-a-Laqo iqamətgahından izləyib.

Hit.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, D.Tramp gecə saatlarında milli təhlükəsizlik komandası ilə birlikdə vəziyyəti Mar-a-Laqodan izləyib. ABŞ prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı da aparıb.

K.Livitt bildirib ki, Tramp gün ərzində hadisələrin inkişafını yaxından izləməyə davam edəcək.(Oxu.Az)

0