İsrail: "Xamenei hava hücumunda öldürülüb"

DÜNYA
00:30 / 01.03.2026
95

İranın Ali Rəhbəri Əli Xameneinin cəsədi tapılıb və onun öldüyü təsdiqlənib.

Hit.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ agentliyi İsrail rəsmisinə istinadən məlumat yayıb.

 

***

 

00:04

 

İranın Ali Rəhbəri Əli Xameneinin Tehrandakı iqamətgahından İran hakimiyyəti tərəfindən tapılan meyitinin görüntüsü İsrail baş naziri Benyamin Netanyahuya təqdim edilib.

Hit.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.

Qeyd edək ki, İran rəsmiləri və mediası bu barədə hələlik heç bir məlumat açıqlamayıb.

0