Tramp İrana xəbərdarlıq etdi

DÜNYA
11:00 / 01.03.2026
45

ABŞ Prezidenti Donald Tramp İranın qisas almağa cəhd edəcəyi təqdirdə daha güclü zərbə ilə üzləşəcəyini bildirib.

Bu haqda Tramp “TruthSocial” sosial media platformasında məlumat verib.

“İran indicə dedi ki, bu gün çox güclü zərbə vuracaqlar, hər zamankindən daha sərt. Onlar bunu etməməlidirlər, yoxsa biz onları əvvəllər heç vaxt görülməmiş bir qüvvə ilə vuracağıq”, - o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Əli Xameneinin ölümünün qisasını alacağını açıqlayıb.

0