Ərdoğan və Merts İrana qarşı hücumları müzakirə ediblər

DÜNYA
20:07 / 02.03.2026
38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Kansleri Fridrix Merts arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi "X"dəki hesabında məlumat yayıb.

Söhbət zamanı İrana qarşı hücumlar və sonrakı münaqişəli proses müzakirə edilib. Ərdoğan bölgədəki münaqişələrin regional və qlobal təhlükəsizliyə mənfi təsir göstərdiyini bildirib.

O, bölgədə davamlı sabitliyi təmin etmək üçün sülhyönümlü təmasları artırmağın və tərəfləri dialoq müstəvisinə qayıtmağa təşviq etməyin vacib olduğunu da ifadə edib.

0