Rza Pəhləvi: "İranda rəsmi vəzifələr tutmaq fikrində deyiləm"

DÜNYA
23:15 / 02.03.2026
44

İranda devrilmiş şahın oğlu Rza Pəhləvi ölkədə rəsmi vəzifələrə iddialı olmayacağını bildirib.

Hit.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə o, "60 Minutes" proqramına verdiyi müsahibədə danışıb.

"Onlar mənə keçid dövrünün rəhbəri kimi etibar edirlər, gələcəyin kralı və ya prezidenti kimi yox", - deyə R.Pəhləvi qeyd edib.

O həmçinin İsraillə sıx əlaqələrin strateji əhəmiyyətini vurğulayıb. R.Pəhləvi ABŞ Prezidenti Donald Trampı "ən məşhur xarici lider" adlandırıb.

0