İran 60 faiz zənginləşdirilimiş 460 kiloqram urana malikdir.
Hit.az xəbər verir ki, bu barədə İran nümayəndələri ABŞ-la aparılan danışıqlarda bildirib.
Onların bu iddiasını ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkov ictimailəşdirib.
O, "Fox News” kanalına müsabibəsində deyib ki, İranın nümayəndələri bu fikri son görüşlərin ilk raundunda bəyan edib.
Uitkovun sözlərinə görə, iranlı nümayəndələr bu miqdarda urandan 11 nüvə bombası hazırlamağın mümkün olduğunu diqqət çatdırıblar.
ABŞ-ın xüsusi nümayəndəsi əlavə edib ki, rəsmi Tehran müxtəlif nəzarət protokollarını aşaraq bu səviyyətə çatdıqlarını dilə gətirdiklərini vurğulayıblar və bundan fəxarət hiss keçirdiklərini gizlətməyiblər.
Uitkov əlavə edib ki, danışıqlarda rəsmi Tehran "nüvə yanacağının zənginləşdirilməsi üzrə ayrılmaz hüquqa” malik olduğunu önə çəkib. ABŞ nümayəndə heyəti isə cavab olaraq bildirib ki, Ağ Evin sahibi Donald Tramp da ölkəsinin bunu tamamilə dayandırmaq üçün ayrılmaz hüquqa malik olduğuna inanır.
ABŞ nümayəndəsi həmçinin iddia edib ki, İranda zənginləşdirilmiş uran ehtiyatı bir həftə–10 gün ərzində silah səviyyəsinə çatdırıla bilər.
Bununla belə, o qeyd edib ki, bu proses üçün müvafiq obyektlərin mövcudluğu vacibdir. Tramp daha əvvəl 12 günlük müharibə zamanı həmin obyektlərin məhv edildiyini bildirmişdi.
Müsahibənin digər hissəsində Uitkov deyib ki, Donald Tramp onu və Jared Kuşneri Tehranla genişmiqyaslı razılaşma əldə etmək məqsədilə danışıqlara göndərib. Onun sözlərinə görə, belə razılaşma İranın raket proqramının ləğvini, proksi qüvvələrə dəstəyin dayandırılmasını, dəniz qüvvələrinin zərərsizləşdirilməsini və nüvə zənginləşdirilməsinin tam dayandırılmasını nəzərdə tuturdu.
Uitkov əlavə edib ki, ABŞ tərəfi "ədalətli razılaşma” əldə etməyə çalışsa da, ikinci görüşün sonuna doğru bunun mümkünsüz olduğu aydın olub. Buna baxmayaraq, Vaşinqton üçüncü dəfə də danışıqlara qayıdaraq son cəhdini edib.
ABŞ nümayəndəsi danışıqlar zamanı Vaşinqtonun Tehrana təklif etdiyi mümkün güzəştlər barədə isə ətraflı məlumat verməyib.
Abbas


