İranla müharibəyə nə qədər hərbi qüvvə cəlb edilib? – ABŞ generalından açıqlama

DÜNYA
18:15 / 04.03.2026
47

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, general Bred Kuper bildirib ki, ABŞ və İsrail qüvvələri İrana qarşı genişmiqyaslı zərbələr endirib. 

Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, general bir sualtı qayıq da daxil olmaqla İranın bir sıra hərbi dəniz vasitələrinin məhv edildiyini və ölkə ərazisində təxminən 2 min hədəfin vurulduğunu deyib.

Kuper qeyd edib ki, hazırda Fars körfəzi, Hörmüz boğazı və Oman dənizində İranın heç bir hərbi gəmisi hərəkətdə deyil. Əməliyyata 50 mindən çox hərbçi, 200 döyüş təyyarəsi, iki təyyarədaşıyan gəmi və ABŞ bombardmançıları cəlb olunub. O, bunu ABŞ-ın Yaxın Şərqdə son bir nəsildə ən böyük hərbi qüvvə cəmləşməsi adlandırıb.

Generalın sözlərinə görə, İran cavab olaraq 500-dən çox ballistik raket və 2 mindən artıq pilotsuz aparat buraxıb, lakin ölkənin hava hücumundan müdafiə sistemi ciddi şəkildə zəiflədilib.

ABŞ Prezidenti Donald Trump isə Konqresə göndərdiyi məktubda bildirib ki, İranın yaratdığı təhdid “dözülməz” həddə çatıb və hücumların tam miqyası və müddəti hələ dəqiqləşməyib. Məktub Senatın müvəqqəti sədri Chuck Grassley ünvanlanıb. 

Tramp əməliyyat zamanı ABŞ-ın quru qoşunlarının göndərilmədiyini və mülki itkilərin minimuma endirilməsinə çalışıldığını vurğulayıb.

Abbas

0