Rusiyada narkotiklərlə bağlı 200 mindən çox cinayət faktı aşkarlanıb

DÜNYA
21:45 / 04.03.2026
42

2025-ci ildə Rusiyada 150 gizli narkolaboratoriya ləğv edilib.

Hit.az xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev bildirib. 

Onun sözlərinə görə, il ərzində polis 200 mindən çox narkotik cinayəti aşkarlayıb və qanunsuz dövriyyədən təxminən 27 ton qadağan olunmuş və nəzarətdə olan maddə çıxarılıb.

Nazir bildirib ki, iyun ayında azı 11 regionda prekursorların qaçaqmalçılığı, narkotik istehsalı və yayılması ilə məşğul olan cinayətkar təşkilatın fəaliyyəti sənədləşdirilib. 22 nəfər müəyyən edilərək saxlanılıb, 600 kiloqramdan çox müxtəlif maddə və 1,5 tondan artıq prekursor müsadirə olunub. Qanunsuz istehsal səkkiz narkolaboratoriya bazasında təşkil edilib.

İstintaqın ilkin nəticələrinə görə, cinayətkar şəbəkə 2022-ci ilin sentyabrından 2024-cü ilin iyulunadək fəaliyyət göstərib. Prekursorlar xaricdən topdansatışla alınaraq Rusiyaya qanuni mallar adı altında gətirilib, Moskvada icarəyə götürülmüş qarajlarda gizlədilib, daha sonra isə müxtəlif regionlarda yaradılmış laboratoriyalara paylanıb.

Cinayət işi üzrə istintaq başa çatıb və materiallar məhkəməyə göndərilib.

Abbas 

 

0