Rusiyada 39 “qanuni oğru” cinayət məsuliyyətinə cəlb edilib

DÜNYA
19:15 / 05.03.2026
56

Rusiyada ötən il kriminal iyerarxiyada ən yüksək mövqedə sayılan şəxslərə qarşı 39 cinayət işi açılıb. 

Hit.az xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev genişləndirilmiş kollegiya iclasında bildirib.

Nazirin sözlərinə görə, hüquq-mühafizə orqanları “cinayətkar iyerarxiyada yüksək mövqe tutan” 39 nəfər barəsində cinayət işi qaldırıb.

Məlumata görə, 2025-ci il üçün Rusiyada və dünyada təxminən 400 “qanuni oğru” (kriminal aləmdə xüsusi status daşıyan şəxslər) mövcuddur. Onlardan təxminən 100-ü hazırda həbsxanalarda saxlanılır. Rusiya hüquq-mühafizə orqanları uzun illərdir bu statusa malik şəxslərə qarşı mübarizə aparır.

2019-cu ildə Rusiya Cinayət Məcəlləsinə 210.1-ci maddə — “Kriminal iyerarxiyada ən yüksək mövqeni tutma” maddəsi əlavə olunub. Həmin maddəyə əsasən, bu statusa malik şəxsləri 15 ilədək həbs və 5 milyon rubl cərimə gözləyir.

 

“Prime Kraym” informasiya agentliyinin baş redaktoru Liliya Xarininin sözlərinə görə, ötən il bu maddə üzrə 10 nəfər məhkəmə tərəfindən təqsirli bilinərək cəzalandırılıb.

Abbas 

 

 

0