ABŞ Çin tərəfinin Rusiyadan neft alışını azaltmasını istəyir.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məqalədə bildirilir ki, prezident Trampın Pekinə səfərindən əvvəl ABŞ maliyyə naziri Skott Bessent çinli həmkarı ilə görüşdə mürəkkəb kompromis məsələsini – Çin tərəfindən ABŞ-ın rəqibləri, o cümlədən Rusiya neftinin alınmasının azaldılmasını – gündəmə gətirməyi planlaşdırır.
Son günlər Bessent keçmiş ABŞ məmurları, şirkət rəhbərləri və siyasi analitiklərlə gizli məsləhətləşmələr aparıb. Məlumata görə, görüşlərdə nazir Çini rus neftinin yerinə ABŞ neft-qaz məhsullarını almağa təşviq etmək üzrə davamlı səyləri izah edib.
Bessent enerjidən istifadə məsələsini çinli həmkarı, vitse-prezident He Lifenq ilə martın ortasında Parisdə keçiriləcək görüşdə qaldırmağı planlaşdırır. Bu görüşdə Tramp və Çin lideri Si Cinpin arasında sammitin çərçivəsi razılaşdırılacaq. Sammitin aprelin əvvəllərində keçirilməsi gözlənilir.
Fevralın sonlarında məlum olub ki, Rusiya və İran neft istehsalçıları Çin alıcılarını cəlb etmək üçün endirimləri artırıblar. Bu addım Hindistanın Rusiyadan enerji alışını azaltmasından sonra atılıb.
Bununla yanaşı, ABŞ və İsrailin İrana qarşı əməliyyatı fonunda Çin benzin və dizel ixracını müvəqqəti dayandırıb. Lakin Pekinin qadağası Honq-Konq və Makaoya yanacaq tədarükünə aid deyil.
Samir


