İrandan Türkiyəyə atılan raket məhv edildi

DÜNYA
16:14 / 09.03.2026
85

"İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib".

HİT.az xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Sursatın bəzi qalıqları Qaziantep şəhərində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

"Türkiyə yaxşı qonşuluq münasibətlərinə və regional sabitliyə böyük əhəmiyyət verir. Bununla belə, ölkənin ərazisinə və hava məkanına yönələn hər hansı təhdidə qarşı bütün zəruri addımların qətiyyətlə və tərəddüdsüz atılacağı bir daha vurğulanır. Türkiyənin bu istiqamətdə xəbərdarlıqlarının nəzərə alınmasının hər kəsin maraqlarına uyğun olduğunu xatırladırıq", deyə məlumatda bildirilib.

0