"ABŞ-ın hələlik İrana qoşun göndərmək planı yoxdur"

DÜNYA
23:00 / 09.03.2026
46

Vaşinqton hələlik İsfahandakı nüvə obyektlərini qorumaq üçün İrana Amerika qoşunlarının göndərilməsini düşünmür.

Hit.az "Report"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

"Bu barədə heç bir qərar verməmişik. Biz buna yaxın da deyilik", - deyə o əlavə edib.

Nəşrin qeyd etdiyi kimi, Amerika lideri həmçinin İranın yeni ali rəhbəri Müctəba Xamenei ilə münasibətləri necə qurmağı planlaşdırdığının təfərrüatlarını açıqlamamağı seçib.

0