Meksika sahilində qorxulu görüntü: Dərin dənizdən gələn "qiyamət balıqları"

DÜNYA
14:11 / 10.03.2026
45

Meksikanın məşhur istirahət məkanı Kabo San Lulasda keçən ay baş verən hadisə adi bir günü ani olaraq mistik səhnəyə çevirib.

HİT.az xəbər cerir ki, ABŞ-dan gələn turist bacılar Monika və Katie Pittenger sahildə dincələrkən sığ sularda parlayan nəhəng canlılar görüblər. Yaxınlaşdıqda qarşılaşdıqları mənzərə yalnız onları deyil, ətrafdakıları da heyrətləndirib.

İki böyük avar balığı sahilə çıxmış və qumun üzərində həyatda qalmaq mübarizəsi aparırmış. “Dəniz ilanı” kimi də tanınan bu nadir canlılar, yüzyıllardır Yapon xalq nağıllarında “Qiyamət Balığı” adı ilə çəkilir və yaxın gələcəkdə böyük bir fəlakətin xəbərçisi sayılır.

Balıqların boyu təxminən 9 metr olub. Gümüşü lent kimi parlayan bədənləri ilə sahildə çırpınan bu canlılar, adətən okeanın “Alatoran Qurşağı” adlanan, 1000 metr dərinliyindəki qaranlıq sularında yaşayır. Bu növün eyni anda iki fərdinin sahildə görünməsi isə elmi ictimaiyyətdə milyarda bir ehtimalla izah olunur.

Katie Pittenger ətrafdakı maraqlı insanların qeyri-müəyyən baxışlarına baxmayaraq dərhal hərəkətə keçib. Telefonunu və çantasını bacısına ataraq nəhəng canlıları dərin sulara geri göndərmək üçün dənizə atıb. Digər turistlərin köməyi ilə hər iki balıq nəhayət mavi sulara qayıdaraq gözlərdən itib.

Avar balıqları ilə bağlı əfsanələr 17-ci əsr Yaponiyasına qədər uzanır. İnanca görə, bu balıqlar dəniz tanrısının sarayından gələn elçilərdir. Sahilə çıxması isə yaxın gələcəkdə baş verəcək dağıdıcı zəlzələ və ya sunaminin xəbərçisi sayılır.

Bu qorxunc inanc 2011-ci ildə Yaponiyada baş verən və minlərlə insanın həyatını itirdiyi 9,1 bal gücündəki Tohoku zəlzələsindən bir neçə ay əvvəl onlarca avar balığının sahilə çıxması ilə yenidən gündəmə gəlib. Oxşar hadisələr Filippin, Hindistan və Kaliforniya bölgələrində də zəlzələlərdən əvvəl müşahidə olunub.

Normalda yalnız xəstə, yaralı və ya ölən bu canlılar sahilə çıxır. Lakin sağlam görünsələr belə belə davranış sərgiləmələri tam bir sirr olaraq qalır. Bəzi tədqiqatçılar dərin dəniz canlılarının yer qabığında baş verən seysmik hərəkətlərə və ya elektromaqnit dəyişikliklərə qarşı həddindən artıq həssas olduğunu düşünür. Digər ekspertlər isə bu hadisəni okean cərəyanlarındakı dəyişikliklərlə izah edirlər.

Səbəbi nə olursa olsun, Kabo San Lukas sahilində baş verən bu hadisə təbiətin hələ kəşf edilməmiş sirlərlə dolu olduğunu və qədim əfsanələrin bəzən qorxunc həqiqət payına sahib ola biləcəyini bir daha xatırladıb.

Samir
 

0