ABŞ prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, İranın yeni ali lideri Müctəba Xamenei Vaşinqtonun, xüsusilə İranın nüvə proqramını dayandırmaqla bağlı tələblərinə əməl etməsə, onun məhv edilməsini dəstəkləməyə hazırdır.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" bir neçə hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Qəzetin mənbələrinə görə, Tramp administrasiyasında hesab edirlər ki, Müctəba Xamenei atası Əli Xameneinin sərt siyasətini davam etdirəcək və Qərblə kompromisə getməyə hazır olmayacaq.
Qəzetin mənbələri əlavə edirlər ki, İran liderinin mümkün məhv əməliyyatını İsrailə həvalə etmək də planlaşdırıla bilər.
Rəsmi olaraq Vaşinqton bu məlumatı şərh etməyib. Analitiklər isə xəbərdarlıq edirlər ki, belə bir ssenari ABŞ-İran münasibətlərində gərginliyi kəskin artıraraq Yaxın Şərqdə əlavə eskalasiya yarada bilər.
İran Ekspertlər Şurası Müctəba Xameneini ölkənin yeni ali lideri seçib. O, mərhum Əli Xamenei ikinci övladıdır və 1969-cu ildə Məşhəddə doğulub.
Uzun müddət az tanınan şəxs olan Müctəba Xamenei illər boyunca ictimaiyyətdən uzaq qalıb. O, İrana-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun "Həbib" batalyonunda xidmət edib. Bu xidmət ona hazırda ölkədə əsas vəzifələri tutan güc strukturları ilə sıx əlaqələr qurmağa imkan verib.
Samir


