Rəsmi Tehran İranın yeni dini lideri Müctəba Xameneyinin vurulduğunu etiraf edib.
Hit.az xəbər verir ki, Qərb mediasında Xameneinin öldüyü barədə yayılan xəbərləri təkzib edən İran, yeni dini liderin sağ-salamat olduğunu açıqlayıb. Lakin Müctəba Xameneinin yaralandığı iddiasını rədd etməyib.
İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian Müctəba Xameneinin səhhətinin yaxşı olduğunu açıqlayıb. Pezeşkian Telegram kanalındakı paylaşımında Xameneinin yaralandığı xəbərini eşitdiyini və bu məsələni əlaqələri vasitəsilə təsdiqlədiyini bildirib:
"Müctəba Xameneinin yaralandığı xəbərini eşitdim. Əlaqələri olan bəzi dostlarından soruşdum. Allaha şükür, onun sağ-salamat olduğunu dedilər."

