ABŞ Yaxın Şərqdəki əməliyyatlar üçün müvəqqəti olaraq Rumıniyaya 500-ə qədər əsgər və qırıcı təyyarə göndərə bilər.
HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
"Vaşinqton daha geniş logistika və yanacaqdoldurma əməliyyatlarının aparılacağı Mixail Koqalniçeanu Hava Bazasına bir neçə təyyarə göndərmək niyyətindədir... ABŞ həmçinin Rumıniyaya 500-ə qədər əsgər göndərməyi planlaşdırır", deyə agentliyin mənbələri bildirib.
"Reuters" agentliyi isə mənbəyə istinadən bildirib ki, Rumıniya ABŞ-ın öz qoşunlarını yerləşdirmək tələbini təsdiqləyəcək.
Qeyd olunur ki, Rumıniya hakimiyyəti Vaşinqtonun Qara dəniz hava bazasında müvəqqəti olaraq qırıcı təyyarələr yerləşdirmək tələbini təsdiqləməyə hazırdır.
28 fevralda ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasının paytaxtı da daxil olmaqla, çoxsaylı şəhərlərinə hücum edilib. Buna cavab olaraq İran İsrailə və Yaxın Şərqdəki Amerika hərbi bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Samir


