Kreml rəsmisi İran rəhbərliyi ilə əlaqələrindən danışdı

DÜNYA
16:57 / 11.03.2026
48

Rusiya İran rəhbərliyi ilə daim əlaqə saxlayır. 

HİT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. 

O həmçinin qeyd edib ki, Rusiya Yaxın Şərqdə vəziyyətin sabitləşdirilməsi üçün səylərə öz töhfəsini verməyə hazırdır: "Yalnız onu deyə bilərəm ki, biz İran tərəfi və İran rəhbərliyi ilə daim əlaqə saxlayırıq".

O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Rusiya regionda sülh və sabitliyin bərpası üçün mümkün olan hər şeyi etməyə hazırdır.

"Reuters" qeyd edir ki, son günlər Putin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarları ilə danışıqlar aparıblar. Bundan başqa, bazar ertəsi Putin ABŞ prezidenti Donald Trampla telefon danışığı da keçirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Vladimir Putin İranla bağlı müharibənin dayandırılmasında faydalı olmaq istəyir. Tramp isə buna cavab olaraq qeyd edib ki, Kreml rəhbəri Ukraynadakı müharibəni dayandırmaqla daha faydalı ola bilər.

ABŞ-ın müdafiə naziri Pit Heqset isə hesab edir ki, Rusiya ABŞ və İsrailin İrana qarşı müharibəsinə qarışmamalıdır.

Samir

0