İstənilən zövqə uyğun: Möhtəşəm istirahət üçün İtaliyanın səkkiz adası

DÜNYA
23:30 / 12.03.2026
49

İtaliya uzun illərdir ki, turistlər arasında dünyanın ən populyar ölkələrindən biri hesab olunur. Bununla belə, ölkə o qədər müxtəlifdir ki, bəzən şəxsi maraq və ehtiyaclara ən uyğun olan ideal səfər məkanını seçmək çətinləşir. Nəticədə turistlər tez-tez Roma və ya Venesiya kimi məşhur, lakin çox sıx olan şəhərlərə üz tuturlar və digər “inciləri” gözdən qaçırırlar.

HİT.az xəbər verir ki, dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan “Lonely Planet” 2026-cı ildə ziyarət etmək üçün İtaliyanın ən yaxşı səkkiz adasının siyahısını təqdim edib.

“İtaliyada hər zövqə, hər hadisəyə və hər büdcəyə uyğun 400-dən çox ada var – qlamurlu “Kapri”dən tutmuş isti “Stromboli”yə, mənzərəli “Elba”dan isə sakit “Levanzo”ya qədər. Ölkənin müxtəlif yerlərində yerləşən bu adalar heyranedici mənzərələr, gözəl çimərliklər, bal rəngli kiçik qəsəbələr, dırmanış üçün dağlar, həmçinin özünəməxsus mətbəx və zəngin tarix təqdim edir. Bir neçə kvadrat kilometr ərazidə İtaliyanın kiçik bir modelini görmək mümkündür”, deyə siyahının müəllifləri qeyd ediblər.

Mütəxəssislər xüsusilə İtaliyanın cənub hissəsində yerləşən adalara diqqət yetiriblər.

2026-cı ilin yayında ziyarət etmək üçün İtaliyanın 8 ən yaxşı adası

1. Kapri – dəbdəbə və qlamur üçün.
2. Siciliya – özünü film səhnəsində hiss etmək üçün.
3. San Domino – snorkel və dayvinq üçün.
4. İskya – çimərlik istirahəti üçün.
5. Elba – piyada və velosiped gəzintiləri üçün.
6. Ponti adaları – Romadan birgünlük səfər üçün.
7. Stromboli – vulkanı müşahidə etmək üçün.
8. Levanzo – sakitlik və dinclik üçün.

Samir

0