Venesuela prezidenti Nikolas Maduro ABŞ-dakı həbsxanalardan birində cəza kamerasında saxlanılır.
HİT.az xəbər verir ki, bu barədə İspaniyanın "ABC" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Maduro cəza kamerasında yerləşdirilib. Qəzetin mənbələrinin bildirdiyinə əsasən, məhbuslara həftədə üç dəfə bir saat müddətinə kameradan çıxmağa icazə verilir. Bu zaman onların əllərində və ayaqlarında qandal olur və iki mühafizəçi tərəfindən müşayiət edilirlər.
Məlumata görə, gecə saatlarında Maduronun kamerasından onun ispan dilində ucadan danışdığı eşidilir. Venesuela prezidenti oğurlandığını və ona qarşı pis rəftar edildiyini iddia edir.
Yanvarın 3-nə keçən gecə ABŞ Venesuelada hərbi əməliyyat keçirib. Əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores saxlanılıb. Onlar narkotik ticarətində ittiham olunaraq məhkəmə üçün Nyu-Yorka aparılıblar.
Martın 7-də ABŞ prezidenti rəsmi olaraq Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodrigesin hökumətini tanıdığını elan edib.
Samir


