İran Silahlı Qüvvələrinin baş komandanının köməkçisi və baş müşaviri Rəhim Səfəvi hesab edir ki, İranın ABŞ və İsraillə münaqişəsi bu il 21 martda qeyd olunacaq Novruz bayramına qədər başa çata bilər.
HİT.az xəbər verir ki, bu barədə “ISNA” agentliyi məlumat yayıb.
Səfəvinin sözlərinə görə, ABŞ və İsrail uzunmüddətli müharibə aparmaq imkanına malik deyil: "Fikrimcə, ABŞ və İsrail uzun sürən müharibəyə tab gətirə bilməyəcək və biz əməliyyatların fasiləsizliyini qorusaq, onlar bu müharibəni uzun müddət davam etdirə bilməyəcəklər".
Xatırladaq ki, 28 fevral tarixində ABŞ və İsrail birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasında bir çox şəhər, o cümlədən paytaxt da hücuma məruz qalıb. Zərbələrdən biri İranın ali dini lideri Əli Xameneinin iqamətgahına endirilib və onun həlak olduğu bildirilir. Buna cavab olaraq İran İsrail ərazisinə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi hava bazalarına raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Samir


