İspaniya Baş nazirinin müavini Yolanda Diaz ABŞ-İsrail arasında İrana qarşı hərbi əməliyyatdan sonra Avropa İttifaqı liderlərini ABŞ-a qarşı kölə davranışında günahlandırıb.
HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Siyasətçi dəyişikliklər dövründə Avropanı “kasıb qohum” adlandıraraq bildirib ki, qitədə liderlik keyfiyyətləri çatışmır. Onun sözlərinə görə, Avropa liderlərinin “xidmətçi mövqeyi” ağılsız görünür, çünki Ağ Evdə “vassallara” hörmət göstərilmədiyi aydındır.
Dias vurğulayıb ki, ABŞ dünyaya qlobalmiqyaslı fövqəladə vəziyyət sırıdıb və mövcud qaydaları pozub. Onun fikrincə, belə bir vəziyyətdə qətiyyətli mövqe nümayiş etdirmək lazımdır.
Baş nazir müavini ayrıca Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayeni ABŞ və İsrailin İrana hücumunu pisləmədiyinə və beynəlxalq hüququ müdafiə etmədiyinə görə tənqid edib. Dias bildirib ki, Avropa ölkələri beynəlxalq hüquq, insan hüquqları və demokratiya prinsiplərinin tərəfində olmalıdır.
Samir


