Beyrut həbsxanasında oğurluq ittihamı ilə cəza çəkən 62 yaşlı keçmiş “qanuni oğru” David Çixvariya dünyasını dəyişib.
Hit.az xəbər verir ki, cinayət aləmində Dato Kutaiski kimi tanınan kriminal avtoritetin Livan həbsxanasında cəza çəkməsi iki il əvvəl məlum olmuşdu. Onun ölümünün səbəbi və digər təfərrüatlar barədə məlumat verilməyib.
Çixvariya 1994-cü ildə taclandırılıb. O, bundan əvvəl Moskvanın Qaqarin Rayon Məhkəməsinin qanunsuz silah saxlama və xuliqanlıq maddələri ilə çıxardığı hökmə əsasən altı il həbs cəzası çəkmişdi. Datonun “xaç ataları” kimi Emil Xobski, Şalva Xonski, Gia Taxi və Ramaz Dzneladze göstərilir.
Məlumata görə, Çixvariya Kutaisidən olan həmyerlisi Nikolay Tutberidzenin (Maçi) təşəbbüsü ilə “bəzi həbsxana məsələlərinə görə” yaranan münaqişədən sonra “qanuni oğru” statusunu itirib. 2000-ci illərin əvvəllərində Dato Moskvada iki dəfə mənzil oğurluğuna görə mühakimə olunub.
Bundan əvvəl isə 2000-ci illərdə fəaliyyət göstərmiş Lyubertsı mütəşəkkil cinayət qrupunun rəhbəri Mixail Mixaylovun (“Ne budi”) ömürlük həbs cəzası çəkdiyi Torbeyevsk mərkəzi həbsxanasında öldüyü barədə xəbər yayılmışdı.
Abbas


