Zelenski Pəhləvi ilə görüşdü

DÜNYA
11:00 / 14.03.2026
43

Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə İran şahının böyük oğlu Rza Pəhləvi ilə görüşüb.

Hit.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski X hesabında məlumat paylaşıb.

Zelenski bildirib ki, İran xalqının öz taleyini müəyyən etmək üçün daha çox imkanlar əldə etməsi son dərəcə vacibdir:

“Biz beynəlxalq təzyiqin və birgə səylərin buna nail olmağa necə kömək edə biləcəyi barədə müzakirə apardıq”.

Qeyd edək ki, bu, Zelenski və Pəhləvinin son bir ay ərzində ikinci görüşüdür.

0