İngiltərənin Kornuoll sahilində sakit və balıqçılıq görüntüsünə malik bir kənd yerləşir, lakin o, mistik tarixi ilə tanınır.
Hit.az "Mirror"a istinadən xəbər verir ki, söhbət Boskassl kəndindən gedir. Kənd cadılıq və sehrlə bağlı zəngin və mürəkkəb irsə malikdir.
Kənddə o qədər çox əfsanə və hekayələr mövcuddur ki, burada cadılıqla bağlı dünyanın ən böyük artefakt kolleksiyası saxlanılır.
"Hər şey bu ərazidə yaşayan qadınlardan başladı, onları adətən “cadugərlər” və ya “ağıllı qadınlar” adlandırırdılar, onlar insanları bədbəxtliklərdən qorumaq üçün şəfalı ritüallar həyata keçirirdilər. Onların icmada təsiri güclü idi və kömək etdikləri insanların həyatına mühüm təsir göstərirdi", deyə materialda bildirilir.
Qədim əfsanəyə görə, Boskassl cadıları dənizçilərə “külək satırdılar”, yəni onlara sürət qazandırırdılar. Üç düyün bağlayırdılar: birinci düyün yüngül külək, ikinci – güclü külək, üçüncü isə fırtına gətirirdi.
"Bu hekayələr kəndin simasını formalaşdırdı, amma sirli folkloruna baxmayaraq Boskassl İngiltərənin gizli incisi olaraq qalır. Möhtəşəm mənzərələri, rəngarəng yürüyüş yolları və kartpostal dəyərindəki limanı ilə kənd göründüyündən daha çox imkanlar təqdim edir", deyə "Mirror" qeyd edir.
Cadugərlik və sehr muzeyi
Kəndin mərkəzində Cadügərlik və Sehr Muzeyi yerləşir. O, aprelin əvvəlindən oktyabra qədər açıq olur.
Muzeydə Səsil Vilyamson tərəfindən toplanmış cadılıqla bağlı dünyanın ən böyük artefakt kolleksiyası saxlanılır. Muzey 1962-ci ildə açılıb.
"Bu yerdən 5 km məsafədə qayadan oyulmuş tarixi daş labirint yerləşir, bu, insanın qədim zamanlardan ruhlar dünyası ilə sehrli əlaqələrinin sübutudur", deyə Vilyamson qeyd edib.
"TripAdvisor"da bir ziyarətçi yazıb: "Uşaqlıqda buraya gəlmişdim və qorxmuşdum. İllər sonra geri qayıtmaq mənim üçün həqiqi zövq oldu".
Digər ziyarətçilər əlavə ediblər: "Bu həqiqətən sehrli təcrübə idi, oradan çıxanda yenilənmiş kimi hiss etdik. Günəş çıxmışdı və biz hətta taley çarxını fırlatmaq üçün 1 funt xərclədik. Soruşdum: “Biz nə zaman evlənəcəyik?” Çarx mənə səbrli olmağı söylədi və... iki gün sonra nişanlandıq!"
Kəndin digər diqqətəlayiq məkanı limandır, hazırda Milli Fond tərəfindən qorunur. Ən yaxşı yol – məşhur və sadə piyada marşrutu "Boskassl limanı gəzintisi" ilə gəzməkdir, bu sizi sakit bir səyahətlə kənd boyunca aparır.
Bir turist yazıb: "Boskassl çox xoşumuza gəldi: limanın hər iki tərəfində gəzdik, təpələrə qalxdıq, yerli kilsəni ziyarət etdik və sadəcə möhtəşəm mənzərələrdən həzz aldıq. Sərt Kornuoll sahilinə yalnız Poldark çatmırdı, o da qayaların üstündə at sürürdü".
Samir


