ABŞ və İsrail İrana hücum başladıqdan sonra Rusiya əsasən kənarda qalıb və Kreml tərəfindən verilən bəyanatların heç birində ABŞ prezidenti Donald Trampdan bəhs olunmayıb, Rusiyanın İranı qoruyacağı barədə heç bir işarə verilməyib. Hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinə baxmayaraq, Moskva Yaxın Şərqin əsas tərəfdaşına əhəmiyyətli yardım göstərməyib.
Hit.az-ın məlumatına görə, "Foreign Affairs" qeyd edir ki, Kremlin İrana qarşı passivliyi tanış bir sxemə uyğundur: Rusiya dostları yardım tələb edəndə sərt bəyanatlar verir və bundan sonra heç nə etmir.
Məsələn, 2023-cü ilin sonlarında Rusiya müqavilə üzrə müttəfiqi Ermənistan və Azərbaycan arasında qısa müharibəyə müdaxilə etmədi. Bir qədər sonra Moskva Dəməşqdədə Bəşər Əsəd rejiminin devrilməsinə imkan verib. Son il ərzində ABŞ İranın hərbi bazalarını və raket zavodlarını bombalayıb, yüksək vəzifəli iranlı məmurları öldürdüb və Latın Amerikadakı əsas tərəfdaş olan Venesuela prezidenti Nikolas Maduronu ələ keçirib, demək olar ki, Rusiyanın müdaxiləsi olmadan.
Bütün bu hallar Rusiyanın qlobal hadisələrə təsir imkanlarının məhdudluğunu göstərir. Lakin Moskva Təhəranı dəstəkləməsə də, davam edən İran müharibəsinin gözlənilməz nəticələrindən və ikincil təsirlərindən fayda əldə edə bilər:
"Rusiya bəlkə də tərəfdaşlarını qorumaqda acizdir, lakin strateji uğursuzluqlara çevik uyğunlaşır və onlardan vacib taktiki faydalar əldə edir".
Rusiya İrandakı müharibədən nə qazanır
ABŞ hava hücumundan müdafiə vasitələrini və Ukrayna üçün lazım olan yüksək dəqiqlikli sursatları xərcləyir. “Patriot” raketləri və uzaq mənzilli zərbə silahları məhduddur və İsrail və Körfəz ölkələrinə ayrılanlar Kiyevə çatmır.
Lakin Rusiyanın üçün daha böyük fayda enerji daşıyıcılarının qiymətlərinin artmasıdır.
Hörmüz boğazının bağlanması ilə yaranan çatışmazlıq neftin qiymətinin artmasına səbəb olur və bu, Rusiyaya və dövlət büdcəsinə əlavə gəlir gətirir. Həmçinin, Fars körfəzi mayeləşdirilmiş təbii qazın böyük tədarükçüsüdür; regiondan ixracın kəskin azalması Rusiyanın öz mayeləşdirilmiş qazını, xüsusilə Asiyada, satmasına kömək edir.
Əgər ümidsiz İran qonşularına və dünya iqtisadiyyatına mümkün qədər çox zərər verməyə çalışsa, neft və qaz tədarükünə təsir daha uzunmüddətli ola bilər.
Nəticədə, Fars körfəzinin energetika infrastrukturuna ciddi və uzunmüddətli zərər, eyni zamanda Yaxın Şərqdə potensial uzunmüddətli qeyri-sabitlik, Çini Rusiya ilə yeni yerüstü neft və qaz kəmərləri açmağa inandıra bilər. Bu, Putinin Si Szinpinə son onilliklər ərzində, xüsusilə 2022-ci ildən etibarən Avropa Rusiyadan enerji asılılığını azaldanda təklif etdiyi hədəfdir.
Enerji daşıyıcılarının qiymətlərinin artması Rusiyanın neft və qazını əvəzolunmaz edəcək. Nəticədə, Avropa və ABŞ siyasətçiləri çətin qərarla üzləşəcəklər: Rusiyaya qarşı sanksiyaları artırmaqla iqtisadi xərcləri yüksəltmək, yoxsa mövqelərini yumşaltmaq.
Samir


