51 yaşlı “qanuni oğru” Dmitri Qaleyev (kriminal aləmdə “Qaley” kimi tanınır) Polşadan deportasiya edilib. Hit.az xəbər verir ki, o, sərhəddə saxlanıldıqdan sonra geri qaytarılıb.
Məlumatlara görə, Qaleyev 1998-ci ildə “qanuni oğru” kimi “taclandırılıb” və belarus əsilli kriminal avtoritetlər arasında stajına görə ən yaşlılardan biri hesab olunur.
Qeyd edilir ki, kriminal klanlar arasında sonradan geniş qarşıdurmaya çevrilən və nəticədə bir neçə tanınmış kriminal fiqurun ölümü ilə yadda qalan münaqişə Moskvada Xusan Ziyamuxamedovun qızının toyunda baş verən davadan başlayıb.
Həmin davada Qaleyevlə Pičuqa ləqəbli şəxs arasında mübahisə baş verdiyi bildirilir. Bu qarşıdurmanın sonradan kriminal aləmdə böyük gərginliyə səbəb olduğu qeyd olunur.
Mənbənin sözlərinə görə, hazırda Mogilyov şəhərində yaşayan Qaleyev Polşaya getmək istəyib. Bildirilir ki, Polşada onun titulunu tanıyan kriminal qruplaşmanın üzvləri fəaliyyət göstərir. Lakin sərhəd-keçid məntəqəsində onun şəxsiyyəti və keçmişi müəyyən edildikdən sonra Polşa tərəfi onun ölkəyə girişinə icazə verməyib.
Nəticədə Dmitri Qaleyevə Şengen zonası ölkələrinə 10 il müddətinə giriş qadağası qoyulub.
Abbas


