Rusiya resursların yenidən bölüşdürülməsi qərarına gəlib və bunun nəticəsində raket istehsalını azaldaraq diqqəti hücum dronlarına yönəldib.
HİT.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “New York Post”a verdiyi müsahibəsində bildirib.
"Rusiya raket istehsalını azaldır və maliyyəni dron istehsalını artırmağa yönəldir. Bu gün Rusiya Ukraynaya gündə 350–500 dronla hücum edir. Rusiya 2026-cı ildə bu göstəricini 600–800 drona çatdırmaq istəyir, amma onların ümumi məqsədi gündə 1000 drondur. Bu say dron-la intercept dronlarla vurulmalıdır və bunun üçün təxminən 2–3 min intercept dronu lazımdır, azı bu qədər”, deyə dövlət başçısı qeyd edib.
Zelenski eyni zamanda Ukraynanın təcrübəsinin üstünlüklərini vurğulayıb:
"Intercept" dron 3–5 min dollara başa gəlir, bir "Şahed" üçün isə təxminən 10 min dollar xərclənir, "Patriot" raketi isə 4 milyon dollar dəyərindədir. Ukrayna bir dronu vurmaq üçün 10 min dollar xərcləyir, Yaxın Şərq ölkəsi isə 4 milyon. Elə bu təcrübəni biz təqdim edirik".
Prezident izah edib ki, minlərlə "Patriot" raketi on minlərlə "Şahed"i dayandıra bilməz:
“Bir belə dron bir "Patriot" raketindən 40 dəfə ucuzdur. Buna görə raketlərin istehsal müddəti və dəyəri baxımından dronlarla rəqabət etmək mümkün deyil. Sadəcə kifayət qədər güc yoxdur”.
Zelenski xatırladıb ki, Ukraynada bütün hava hücumundan müdafiə sistemi mövcuddur, ancaq antibalistik sistem istisna olmaqla:
"ABŞ-da əla antibalistik sistemlər var. Bu iki gücü birləşdirməklə hər hansı bir ölkənin üzərinə kütləvi hücum edilərkən hava məkanını qorumaq mümkündür, yalnız vətəndaşları və hərbçiləri deyil, həm də vacib obyektləri qorumaq olar. Gələcəkdə dronların uçuş məsafəsi məhdud deyil. Bu gün 100 km uçar, sabah min km, bir-iki gün sonra isə 10 min km".
Prezident vurğulayıb ki, buna görə müasir müdafiə sistemləri qurmaq lazımdır:
“Bu gün Ukrayna bu texnologiyalarda bir nömrədir, ABŞ isə dünyada ən güclü orduya sahibdir. Əgər biz real təhlükəsizlik mübadiləsindən, təhlükəsizlik zəmanətlərindən və təcrübədən danışırıqsa, biz açığıq. Amerika müharibənin başlanğıcından bəri bizə kömək edib, Avropa da dəstək olub və biz dayana bildik. Dayandığımız üçün inkişaf etdik. Bu, real tərəfdaşlıq təklifidir".
O, həmçinin ABŞ-ın Ukraynanı yalnız kömək istəyən ölkə kimi görməməsini istəyir: “Ukrayna öz maraq və dəyərlərini qoruyur. ABŞ haqlıdır ki, Avropadan fərqli olaraq müharibədən daha uzaqdadır. Ancaq biz ABŞ-ın müttəfiqlərini Yaxın Şərqdə görürük və kimə təhlükə yarandığını bilirik”.
Zelenski qeyd edib ki, müharibə düşündüyümüz qədər uzaqda deyil:
“Biz çox sürətli hərəkət etməliyik və bütün dünya oyanmalıdır. Artıq kimsə müasir silah ala bilər və ya neft-qaz hasilatı edərək təhlükəsiz qala bilər prinsipi işləmir. Təhlükəsizlik yalnız müasir texnologiyalar mövcud olduqda və davamlı inkişaf etdirildikdə yaranır”.
Prezidentin fikrincə, əgər sürətli həllər işlənməz, müttəfiqlərlə texnologiya və müharibədən gələn təcrübəni birləşdirməsək, güclü təhlükəsizlik alyansı qurulmazsa, müharibə davam edəcək:
“Müharibə, zəif və ya tək olduğun zaman gəlir. Düşmənlər görür ki, alyanslar parçalanıb”.
Samir


