Almaniyadan olan turist Nyu-Yorkda “Los Tacos №1” restoranlar şəbəkəsinə qarşı qaldırdığı 100 min dollarlıq iddianı uduzub.
HİT.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Feysal Manz 2024-cü ilin avqustunda sözügedən restorana baş çəkib. Onun sözlərinə görə, yeməkdən sonra sousun həddindən artıq acı olması səbəbindən ağzında yanma hissi yaranıb, ürək döyüntüləri sürətlənib və dilində qabarcıqlar əmələ gəlib. Turist iddia edib ki, restoran sousların acılığı barədə müştəriləri xəbərdar etməyib.
“Mən bu sousların nə qədər təhlükəli ola biləcəyini təsəvvür etmirdim”, deyə Manz bildirib.
Lakin işi araşdıran hakim qeyd edib ki, iddiaçı müəssisə tərəfindən səhlənkarlığın olduğunu sübut edə bilməyib. Bundan əlavə, Manz restoran işçilərindən sousların tərkibi və ya acılığı barədə soruşmayıb. Hakimin fikrincə, “ağlabatan insan asanlıqla başa düşə bilərdi ki, "Los Tacos"da salsa çox acıdır”.
Qeyd olunur ki, bu, turistin ABŞ səfəri ilə bağlı Nyu-Yorkda qaldırdığı yeganə iddia deyil. O, daha əvvəl “Walmart” şirkətinə qarşı 10 milyon dollarlıq (Wi-Fi-a qoşulmaq üçün ABŞ nömrəsi tələb olunmasını diskriminasiya kimi qiymətləndirərək) iddianı da uduzub.
Həmçinin o, polisə qarşı 10 milyon dollarlıq başqa bir iddia qaldırıb və hüquq-mühafizə orqanlarını onun hücuma məruz qalması barədə müraciətinə “qeyri-adekvat” reaksiya verməkdə ittiham edib.
Samir


