Avropa İttifaqı gələcəkdə Putinə danışmalıdır, amma indi yox - Koşta

DÜNYA
17:18 / 18.03.2026
55

Avropa Şurasının prezidenti Antoniu Koşta hesab edir ki, Avropa İttifaqı gələcəkdə Rusiya ilə Ukraynada təhlükəsizlik və sülh məsələlərini müzakirə etməlidir, lakin bu mərhələ hələ çatmayıb. Hazırda Moskvanın üzərinə təzyiqi davam etdirmək və Kiyevi dəstəkləmək vacibdir.

HİT.az xəbər verir ki, bu barədə EFE portalı yazıb.

Koşta bildirib ki, 27 Aİ ölkəsi Ukraynada müharibənin dayandırılması üçün ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi dialoq istənilən nəticəni verməsə, buna hazır olmalıdır.

“İndiki mərhələdə biz Trampın rəhbərlik etdiyi, Ukraynada ədalətli və möhkəm sülh əldə etməyə yönəlmiş səylərin pozulmasından çəkinməliyik", deyə Avropa Şurası prezidenti qeyd edib.

Lakin Koşta əlavə edib ki, bir gün Tramp bu səyləri davam etdirməməyə qərar verə və ya bu səylər uğursuz ola bilər.

“Belə halda biz hazır olmalı və öz səylərimizi göstərərək Ukraynada ədalətli və möhkəm sülh əldə etməyə çalışmalıyıq", deyə o vurğulayıb.

Koşta Aİ-nin əsas töhfəsini Rusiyaya iqtisadi təzyiqi gücləndirmək və Ukraynaya bütün vasitələrlə dəstək göstərməkdə görür.

Bundan əlavə, Avropa Müdafiə və Kosmos Komissarı Andrius Kubilius bildirib ki, Aİ, sülh danışıqları uğursuz olarsa, Ukraynanı dəstəkləməyə davam etməyə hazırdır. Aİ Ukraynaya 2026–2027-ci illərdə 90 milyard avro həcmində kredit verəcək ki, bu da “çox əhəmiyyətli” məbləğdir.

Samir
 

0